"Barselona"nın yarımmüdafiəçisi Pedri Lionel Messi haqqında fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, argentinalı futbolçunun Asturiya şahzadəsi mükafatına layiq görülməsinə münasibət bildirib.

"Mənim üçün Messi futbol tarixinin ən böyüyüdür. Başqaları fərqli ad çəkə bilər, amma mənim üçün yalnız odur" – deyə Pedri vurğulayıb.

Messi ilə "Barselona"da birgə çıxışından danışan gənc oyunçu əlavə edib: "Onunla birlikdə meydanda keçirdiyim vaxt çox az oldu, istərdim ki, illərlə yanında oynayım. Öz gözlərimlə gördüklərimə əsasən deyə bilərəm ki, onun etdikləri həqiqətən unikaldır".