Misli Premyer Liqasının IX turunda Sumqayıtda "Şəfa"nın qonağı olacaq "Kəpəz" matça azarkeş dəstəyi ilə çıxacaq. 

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisini bu qarşılaşmada 200-dən çox azarkeşin dəstəkləyəcəyi gözlənilir.

"Sarı-göylər"in fanatlarının səfər matçına rahat gedişini təmin etmək üçün xüsusi avtobuslar ayrılıb.

Gəncədən gələn azarkeşlərlə yanaşı, Bakı və Sumqayıtda məskunlaşan "Kəpəz" fanatları da komandaya dəstək olmaq üçün "SOCAR Polymer Arena"ya təşrif buyuracaqlar.

Qeyd edək ki, "Şəfa" - "Kəpəz" qarşılaşması sabah saat 16:30-da start götürəcək.