Fransalı müdafiəçi Jül Kunde "Barselona"nın "Real Madrid"ə qarşı keçirəcəyi El-Klasikoda meydana çıxmaya bilər.

Offsideplus.az xəbər verir ki, oyundan 48 saat əvvəl keçirilən məşqdə Kunde komanda ilə birlikdə çalışmayıb. O, fərdi proqram üzrə məşq edib və sol ayaq topuğundakı bağların dartılması səbəbindən bərpa prosesini davam etdirib.

Müdafiəçinin vəziyyəti şənbə günü baş tutacaq son məşqdən sonra dəqiqləşəcək. Hazırda onun qarşılaşmanın iştirak ərizəsinə salınması ehtimalı az qiymətləndirilir. Klub daxilində də Kundeni "Real Madrid"lə oyuna qədər tam bərpa olmasının çətin olduğu düşünülür, lakin bu variant tam istisna edilmir. Futbolçunun start heyətində meydana çıxmaq şansı isə daha aşağıdır.