KJ Simpson Jr. "Qalatasaray"ın heyətində Basketbol Çempionlar Liqasında debütünü möhtəşəm göstərici ilə qeyd edib və həftənin ən yaxşı oyunçusu adına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, 24 yaşlı amerikalı müdafiəçi bu ada azarkeşlərin 24 saatlıq səsverməsi nəticəsində sahib çıxıb. O, 2026–27 mövsümündə həftənin üçüncü qalibi olub. Simpson debüt oyununda ehtiyatdan meydana daxil olaraq 26 dəqiqəyə 17 xal, 8 ribaund və 3 assistlə yadda qalıb. Onun atış dəqiqliyi yüksək olub: meydandan 10 cəhddən 5-i, üçlük xəttindən isə 4 cəhddən 3-ü dəqiq yerinə yetirib.
Bu çıxışı "Qalatasaray"a cari Avropa mövsümündə ilk qələbəsini qazandırıb. Qələbə həm də baş məşqçi Manuchar Markoişvilinin debüt oyununda əldə olunub. Hazırda İstanbul təmsilçisi Basketbol Çempionlar Liqasının B qrupunda "SIG Strasburq", "Çibona" və "Legia Varşava" ilə birlikdə 1–1 hesablı bərabərliyə malikdir. Komanda növbəti oyununu 4 noyabrda səfərdə "Legia"ya qarşı keçirəcək. Türkiyə Superliqasında isə "Qalatasaray"ın 1 qələbə, 3 məğlubiyyəti var.
Qeyd edək ki, KJ Simpson Jr. karyerasında ilk dəfə Avropada çıxış edir. O, bundan əvvəl 2024–25 və 2025–26 mövsümlərində NBA-də "Şarlott Hornets" və "Denver Naqgets"in heyətində ümumilikdə 56 oyunda iştirak edib.


