Almaniya millisinin sabiq yarımmüdafiəçisi Ditmar Haman Yürgen Kloppun "Bavariya"da Harri Keynin rolu ilə bağlı dediklərinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Haman açıqlamasında bunları deyib: "Yürgen Klopp dedi ki, Harri Keynin "Bavariya"dakı rolunu başa düşmür. Bilmirəm, Klopp bunu tənqid kimi deyib, ya yox. Keyn öz vəzifəsinə daxil olmayan işlərlə də məşğul olur. Hətta Vensan Kompani ötən mövsüm demişdi ki, Keyni rəqibin cərimə meydanında daha tez-tez görmək istərdi. Sual budur: əgər hücumçun vaxtının çoxunu yarımmüdafiədə və ya hətta daha dərin – öz müdafiə xəttinə yaxın keçirirsə, rəqib müdafiəsinə lazımi təzyiq göstərmək mümkündürmü? İsmayıl Saybari də "Arsenal"a qarşı oyunda hücumun önündə az görünürdü və bu səbəbdən irəlidə oyunçu çatışmazlığı hiss olunurdu. Bundesliqada bu, bəlkə də işləyir, amma beynəlxalq səviyyədə belə yanaşmanın effektli olub-olmayacağını bilmirəm".