"Milan" Avropa Liqasının 3-cü tur oyununda azlıqda qalıb və "Bornmut"a 0:3 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, İngiltərə klubunun qollarını Markus Tavernye, Castin Klyuyvert və Amin Adli vurub.

Bu, "rossoneri"nin avrokuboklarda son üç ildə ilk böyükhesablı məğlubiyyətidir.

Sonuncu dəfə 2023-cü ilin oktyabrında "Milan" Çempionlar Liqasının qrup mərhələsində PSJ-yə 0:3 hesabı ilə uduzmuşdu.