"Fənərbağça"da mümkün baş məşqçi dəyişikliyi gerçəkləşəcəyi təqdirdə rəhbərliyin əsas hədəfi bəlli olub.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin namizədlər siyahısında ilk sırada Vinçenzo Montella yer alıb.

Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Klub rəhbərliyinin italyan mütəxəssisin namizədliyi üzərində ciddi dayandığı və baş məşqçi postunda dəyişiklik qərarı veriləcəyi halda ilk olaraq onunla danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, "Fənərbağça"nın növbəti oyunu "Qalatasaray"a qarşı olacaq. İstanbul derbisi oktyabrın 26-da olacaq.