"Bavariya" komandası UEFA Çempionlar Liqasının qrup və ya liqa mərhələlərində evdə məğlubiyyətsizlik seriyasını 40 matça çatdırıb.
Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi bunu III turda evdə İngiltərənin "Arsenal" klubu ilə heç-heçə (2:2) etdiyi matçda nail olub.
"Bavariya" keçirdiyi 40 matçın 37-də qələbə qazanıb, 3 heç-heçə edib.
Qeyd edək ki, Münxen klubunun sonuncu ev məğlubiyyəti 2013-cü ilin dekabrında UEFA Çempionlar Liqasının köhnə formatında qeydə alınıb.


