Baş məşqçi Maykl Karrik "Mançester Yunayted"in oyunçularının motivasiya çatışmazlığını tənqid edib.

Offsideplus.az xəbər verir ki, Karrik bu fikirləri Çempionlar Liqasının 3-cü turunda "Komon"a 1:4 hesabı ilə məğlubiyyətdən sonra səsləndirib. O bildirib ki, oyuna bir neçə amil təsir edib və komandanın motivasiya, əhval-ruhiyyə, düşünülmüş hərəkətlər və intensivlik baxımından çatışmazlıqları olub. "Bu gün biz bunları nümayiş etdirmədik. Əminəm ki, bu, bizim səviyyəmiz deyil, çünki son altı-yeddi ayda nəyə qadir olduğumuzu göstərmişik. Amma istədiyin vaxt oyuna köklənmək və ya oyundan çıxmaq olmaz. Yaxşı oynamaq və ya bütün gücünü meydanda qoymaq üçün vaxt seçmək düzgün deyil. Bunu daimi etməyi öyrənməyincə, qələbə qazanmaq mümkün deyil", – deyə Karrik vurğulayıb.