"İnter" Çempionlar Liqasında 4 oyundan sonra ilk dəfə qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, Kristian Kivu rəhbərliyi altında meydan sahibləri üçüncü turda "Şaxtyor"u 1:0 hesabı ilə məğlub edib.
Bu qarşılaşmadan əvvəl klubun tarixində ən uğursuz seriya qeydə alınıb – ardıcıl 4 məğlubiyyət.
"Neradzurri" ikinci turda "Brügge"yə 3:4, birinci turda "Real Madrid"ə 1:2 hesabı ilə uduzub, ötən mövsümün 1/8 finalında isə "Budyo-Qlimt"ə hər iki oyunda (1:3, 1:2) məğlub olub.


