Bu gün basketbol üzrə FIBA Avropa Kubokunda qrup mərhələsinin 3-cü tur oyunları keçiriləcək.
Offsideplus.az xəbər verir ki, turnirdəki təmsilçilərimiz "Neftçi" və "LANDAU Lions" növbəti matçlarına səfərdə çıxacaqlar.
H qrupunda yer alan "Neftçi" İsveçrədə "Friburq"un qonağı olacaq. Hər iki komanda ilk iki turda məğlubiyyətlə üzləşdiyindən, bu qarşılaşma tərəflər üçün ilk qələbəni qazanmaq baxımından böyük əhəmiyyət kəsb edir. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
G qrupunda mübarizə aparan "LANDAU Lions" isə Danimarkada "Bakken Bearz" ilə üz-üzə gələcək. İlk iki oyununda məğlub olan "şirlər"dən fərqli olaraq, meydan sahiblərinin aktivində 1 qələbə və 1 yenilgi var. Bu matçın start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək.
FIBA Avropa Kuboku, 3-cü tur (21 oktyabr)
G qrupu
20:30. "Bakken Bearz" – "LANDAU Lions"
H qrupu
22:00. "Friburq" – "Neftçi"


