UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turunun həyəcanı yaşanır. 

Offsideplus.az xəbər verir ki, bu gün daha 9 qarşılaşma baş tutacaq.

"Qalatasaray" səfərdə "Lill"in qonağı olacaq. Bakı vaxtı ilə saat 20:45-də başlayacaq görüşdə "sarı-qırmızılılar" vacib xallar uğrunda mübarizə aparacaqlar.

Gecənin ən maraqla gözlənilən qarşılaşması isə Münhendə baş tutacaq. Turnirin iki əsas favoritindən olan "Bavariya" öz meydanında İngiltərənin "Arsenal" klubunu qəbul edəcək. Bu duel saat 23:00-da start götürəcək.

Günün bütün oyunlarının təqvimi (Bakı vaxtı ilə):

20:45 seansı:

"Komo" – "Mançester Yunayted"

"Lill" – "Qalatasaray"

23:00 seansı:

"Aston Villa" – "Vikinq"

"Brügge" – "Lans"

"Bavariya" – "Arsenal"

"İnter" – "Şaxtyor" (Donetsk)

"Betis" – "Feyenoord"

"Real Madrid" – "Laypziq"

"Sportinq" – LASK