"Mançester Siti" Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda AEK-i 5:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdə Fil Foden het-trikə imza atıb.
Enzo Mareskanın rəhbərlik etdiyi komanda cari mövsümdə 12-ci oyununu keçirib.
"Mançester Siti" bu müddətdə 10 qələbə qazanıb, iki dəfə isə uduzub – İngiltərə Superkubokunda "Arsenal"a 0:3, Çempionlar Liqasında isə "PSJ"yə 2:4 hesabı ilə məğlub olub.
24 oktyabrda "şəhərlilər" Premyer Liqanın 8-ci turunda səfərdə "Aston Villa" ilə qarşılaşacaq.


