“Sabah”ın futbolçusu Abdulla Xaybulayev “Borussiya” ilə oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az Azərbaycan millisinin üzvünün 1:2 hesabı ilə başa çatan matç ilə bağlı şərhini təqdim edir:
“Düşünürəm ki, maraqlı oyun oldu. Bəzi məqamlarda komandalar arasında təxminən bərabər mübarizə gedirdi. Lakin rəqib öz təcrübəsi və ustalığı sayəsində fərq yaratdı. Əlbəttə, güclü rəqiblə qarşılaşırdıq. Onlar hazırda Almaniya çempionatında birinci yerdədirlər. Rəqibin bu səviyyədə olacağını gözləyirdik, amma onlarla oynamaq mümkündür".
O, komandasının qələbə qazanmaq istədiyini və buna inandığını bildirib:
"Əlbəttə, qələbəyə inanırdıq. Özünə və qələbəyə inanmadan meydana çıxmaq olmaz. Biz inanırdıq ki, rəqiblə başabaş mübarizə apara və qalib gələ bilərik. Təəssüf ki, məğlub olduq”.


