İspaniyada qarşıdakı "El-Klasiko" üçün əvvəlcədən təyin olunan hakim dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, bu qərarı Hakimlərin Texniki Komitəsi qəbul edib. Jurnalist Roberto Qomesin sözlərinə görə, "Real Madrid"in baş məşqçisi Joze Mourinyonun hakimin adının öncədən məlum olmasına etirazı əsas rol oynayıb. Qomes bildirib ki, əvvəlcə qarşılaşmanı Alehandro Ernandes Ernandes idarə etməli idi.
Jurnalist qeyd edib ki, dəyişiklik məhz Mourinyonun narazılığı ilə bağlıdır. "Mourinyo iki dəfə bildirib ki, qarşılaşmanı kimin idarə edəcəyinin əvvəlcədən açıqlanması onu təəccübləndirir. Komitə dünya çempionatında çalışmış hakimi – Ernandes Ernandes-i təyin etmək istəyirdi. Bu mövsüm o, xüsusi təzyiqlə üzləşməyib", – deyə Qomes əlavə edib.
O vurğulayıb ki, Hakimlərin Texniki Komitəsi Mourinyoya əlavə tənqid imkanı vermək istəmir. "Barselona" və "Real Madrid" La Liqanın 10-cu turunda bu bazar qarşılaşacaq.


