UFC döyüşçüsü Rizvan Kuniyev Aleksandr Volkovla qarşılaşmaya hazırlıq prosesindən danışıb. O bildirib ki, döyüşə xüsusi planı olsa da, qəfəsə çıxanda əsasən instinktlərinə güvənir və psixoloji hazırlığın böyük rol oynadığını vurğulayıb.
Offsideplus.az xəbər verir ki, Kuniyev Volkovun fiziki göstəricilərinə uyğun sparrinqlər seçdiyini qeyd edib. "Sparrinqlərim arasında iki metr boyunda kikboksçu var idi. Bundan əlavə, Dağıstandan olan boksçular, həmçinin hazırkı döyüşçülər Uran Satybaldıyev, Ali İsayev və Arslan Bilalovla çoxlu güləş çalışmaları etmişəm. Rəqiblərimi seçərkən onların Volkovun üslubuna yaxın olmasına xüsusi diqqət yetirmişəm", – deyə Kuniyev bildirib.
Qeyd edək ki, Rizvan Kuniyev və Aleksandr Volkov arasında döyüş 24 oktyabrda UFC 333 turnirində, Əbu-Dabidə baş tutacaq.


