Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda PSJ və "Barselona" komandaları arasında keçiriləcək qarşılaşmanın start heyətləri bəlli olub.
Offsideplus.az xəbər verir ki, Parisdə baş tutacaq oyunda PSJ-nin əsas heyətində qapını Matvey Safonov qoruyacaq. Müdafiədə Luka Ernandes, Vilyan Paço, Markinyos və Əşrəf Hakimi yer alacaq. Yarımmüdafiədə Fabian Ruis, Vitinya və Joau Neveş çıxış edəcək. Hücumda isə Xviça Kvaratsxeliya, Dezire Due və Usman Dembele oynayacaq.
"Barselona"nın start heyətində qapını Joan Qarsia qoruyacaq. Müdafiədə Joau Kanselu, Jerar Martin, Pau Kubarsi və Xavi Espart yer alacaq. Yarımmüdafiədə Mark Bernal, Pedri və Dani Olmo çıxış edəcək. Hücum xəttində isə Entoni Qordon, Lamin Yamal və Rafinya oynayacaq.


