"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik ten Haq klubun əvvəlki səviyyəsinə qayıtması üçün vacib məqamları qeyd edib.
Offsideplus.az xəbər verir ki, ten Haq İngiltərə nəhəngində keçirdiyi müddətdən böyük zövq aldığını və klubla dərin bağlılıq hiss etdiyini bildirib. "Mən "Mançester Yunayted"də keçirdiyim hər dəqiqədən həzz aldım, gözəl xatirələrim qaldı. Klubun azarkeşləri hər zaman mənə hörmətlə yanaşıb. "Yunayted"in yenidən uğur qazanmasını çox istəyirəm. Klubun əvvəlki mövqeyinə qayıtmasını arzulayıram. Bunun üçün rəhbərlik kompetent olmalı, düzgün strategiya qurulmalıdır. Kimliyiniz nədir? İş metodlarınız necədir? Düzgün struktur və peşəkar kadrlar lazımdır. Bundan sonra isə zamana ehtiyac var".
O, Maykl Kerrikin baş məşqçi postundan uzaqlaşdırılması məsələsinə də toxunub: "Baş məşqçinin istefası problemi həll etmir. Əsla, yüz faiz. Əgər nəticələr yaxşılaşmasa, azarkeşlər onun istefasını tələb edəcəklər. Bu, emosiyalardan qaynaqlanır. Rasional qərarlar qəbul etmək lazımdır. "Midlsbro"da və ötən mövsümdə Kerrik yaxşı məşqçi keyfiyyətləri nümayiş etdirdi. Ona sakit işləmək və planını həyata keçirmək üçün imkan verin. Düşünürəm ki, onun yaxşı məşqçi heyəti var".


