AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının VIII turunun oyunlarındakı mübahisəli epizodları dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, qurum rəhbəri milli assosiasiyanın mətbuat xidmətinə açıqlamasında ədalət təmsilçilərinin bütün epizodlarda doğru qərarlar qəbul etdiyini bildirib.
R. Həsənov VII turun "Neftçi" – "Sabah" matçındakı mübahisəli vəziyyətə də toxunaraq, baş hakimin həmin epizodda haqlı olduğunu vurğulayıb.


