"Mançester Yunayted"in bu gecə Çempionlar Liqasında səfərdə "Komo"ya qarşı keçirəcəyi matç əlverişsiz hava şəraitinə görə təxirə düşmək təhlükəsi ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, İtaliyanın şimalında kəskin hava şəraiti ilə bağlı "narıncı xəbərdarlıq" elan olunub. Oyunun start fiti səslənənədək bölgəyə 60 millimetrdən çox yağışın yağacağı gözlənilir.

Bu da meydançanın su altında qalması və oyun üçün yararsız hala düşməsi narahatlığını yaradıb.

Buna baxmayaraq, "Komo" klubu qarşılaşmanın nəzərdə tutulduğu vaxtda baş tutacağına inamını qoruyub saxlayır.