İspaniyanın "Atletiko Madrid" klubunun baş məşqçisi Diyoqo Simeone UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turunda Almaniyanın "Ştutqart" komandası ilə heç-heçə etdikləri (1:1) qarşılaşma barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi matçın 64-cü dəqiqəsində yarımmüdafiəçi Morten Yulman qırmızı vərəqə aldığı üçün oyunu azlıqda başa vurub.

Argentinalı mütəxəssis qarşılaşmadan sonra fikirlərini bu sözlərlə bölüşüb:

"Hər şey tam olaraq təxmin etdiyimiz kimi cərəyan etdi. Qarşımızda güclü və çox çətin rəqib var idi. Onlar meydançanın bizim tərəfimizdə yüksək presinq tətbiq edir, fasiləyə qədər rahat oynamağımıza imkan vermirdilər. Qol buraxdıqdan sonra daha yaxşı hücum etməyə və təhlükəli vəziyyətlər yaratmağa başladıq. İkinci hissədə, qırmızı vərəqəyə qədər oyuna nəzarət edirdik və hər şey planımıza uyğun gedirdi".