PSJ ilə oyunda zədələnən Dani Olmo "Barselona" ilə "Real Madrid" arasında keçiriləcək El-Klasikoda iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, ispaniyalı futbolçu Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda PSJ ilə oyunun 27-ci dəqiqəsində əvəzlənib. Onun yerinə meydana Fermin Lopes daxil olub. İspaniyalı futbolçunun "Real Madrid"lə qarşılaşmada iştirakı demək olar ki, mümkünsüz hesab olunur.
Hazırda Olmonun zədəsinin xarakteri və ağırlıq dərəcəsi dəqiqləşdirilməyib. "Barselona"nın baş məşqçisi Hans-Diter Flik oyunçunun sağlamlığını riskə atmaq niyyətində deyil.
"Barselona" ilə "Real Madrid" arasında La Liqanın 10-cu turunun oyunu 25 oktyabr, bazar günü "Kamp Nou" stadionunda baş tutacaq.


