Aleksey Batırakovun nümayəndəsi onun "Qızıl top"a namizəd ola biləcəyi vaxt barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Vladimir Kuzmiçev bildirib ki, Batırakovun ən azı bir mövsümə ehtiyacı var. O, bu mövsümdə gözlənilən səviyyədə çıxış etsə, komandanın liderlərindən birinə çevrilsə və məhsuldar olsa, növbəti mövsümdən etibarən dünyanın ən yaxşısı olmaq məqsədini qarşıya qoymaq olar.