Pol Corc "Boston Seltiks"in heyətində ilk rəsmi oyununa çıxaraq klub tarixində debütantlar arasında yeni nəticə göstərib. 

Offsideplus.az xəbər verir ki, o, komandasının 113:121 hesabı ilə məğlub olduğu qarşılaşmada 38 xal, 5 ribaund, 3 assist və 5 top oğurlama ilə yadda qalıb.

O, 21 atışdan 12-ni dəqiq yerinə yetirib, 12 üçlük cəhdindən 7-si hədəfə çatıb, cərimə atışlarında isə 8-dən 7-ni dəqiq yerinə yetirib.

Bu göstərici (38 xal, 5 ribaund, 5 top oğurlama və 7 üçlük) NBA tarixində cəmi altıncı dəfə qeydə alınıb.

Pol Corc bu nəticə ilə "Boston Seltiks"də debüt oyununda ən çox xal toplayan oyunçu olub. Əvvəlki rekord 2023-cü ildə Kristaps Porziņqisə (30 xal), ondan əvvəl isə 1994-cü ildə Dominik Uilkinsə (25 xal) məxsus idi.