"Mançester Siti"nin məşqçisi Enzo Mareska Çempionlar Liqasının 3-cü turunda "AEK" üzərində 5:1 hesablı qələbəni şərh edib.
Offsideplus.az xəbər verir ki, Mareska bu nəticənin komanda üçün vacib olduğunu bildirib: "Yaxşı və bütöv çıxış etdik. Xüsusilə evdə "PSJ"yə məğlubiyyətdən sonra asan olmadı. Bizə qələbə lazım idi və tapşırığımızı yerinə yetirdik. Təəssüf ki, qol buraxdıq – həmin epizodda daha yaxşı oynamaq olardı. Amma beş qol vurduq və daha çox da vura bilərdik".


