"Barselona" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirilən matçdan öncə PSJ azarkeşləri tərəfindən açılan qalmaqallı və aqressiv məzmunlu tifo ilə bağlı UEFA-ya rəsmi şikayət ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb.
Görüşün start fiti ərəfəsində Paris təmsilçisinin azarkeşləri trubunalarda qorxu filmlərinin məşhur personajları — "Teksas qətliamı" filmindəki "Dəriüz" (Leatherface) və "Hellouin" franşizasındakı Maykl Mayersin maskasını əks etdirən aqressiv tifo nümayiş etdiriblər.
Kataloniya klubunun rəhbərliyi bu addımı sadəcə azarkeş sataşması kimi deyil, idman etikası və rəqabət sərhədlərinin kobud şəkildə pozulması kimi qiymətləndirib. "Barselona" tərəfi bu cür təhrikedici və zorakılığı təbliğ edən görüntülərin futbol arenasından uzaq tutulması üçün Paris klubunun cəzalandırılmasını tələb edib.
Qeyd edək ki, "Park de Prens"də keçirilən qarşılaşma PSJ-nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.


