"Qolden Steyt Uorriors" 2026-cı ildə də NBA-nın ən gəlirli klubu olaraq qalacaq. Klubun gəliri rəqiblərini xeyli üstələyir.
Offsideplus.az xəbər verir ki, Sportico-nun məlumatına əsasən, "Qolden Steyt Uorriors"un 2026-cı ildə gəliri 900 milyon dollara yaxınlaşacaq.
Siyahının ikinci pilləsində hazırkı NBA çempionu "Nyu-York Niks" qərarlaşıb və onların gəlirinin 700 milyon dollar olacağı gözlənilir.
İlk üçlüyü isə "Los Anceles Leykers" tamamlayır, bu klubun gəliri isə 600 milyon dollara yaxın olacaq. "Qolden Steyt Uorriors" 2022-ci ildən bəri yeni Chase Center arenasını istifadəyə verdikdən sonra hər il rəqiblərini böyük fərqlə qabaqlayır.


