Deymian Lillard yaşına dair fikirlərini bölüşüb. "Portland Treyl Bleyzers"in təcrübəli oyun qurucusu bildirib ki, 36 yaşı olsa da, özünü qoca hesab etmir və meydançada hər oyunda 38 dəqiqə keçirməyəcəyini artıq komanda ilə müzakirə edib.

Offsideplus.az xəbər verir ki, Lillard bəzi qarşılaşmalarda daha çox vaxt oynamaq və ya əlavə yük götürmək məcburiyyətində qalacağını istisna etməyib. O, komandanın xüsusilə müdafiəçi mövqeyində geniş heyətə sahib olduğunu vurğulayıb və bu səbəbdən özünün həddindən artıq çox dəqiqə meydançada olacağını düşünmədiyini qeyd edib. "Bədənim tam qaydasındadır. Uzun illərdir həm meydançada, həm də meydançadan kənarda özümə yaxşı baxmışam və istəməzdim ki, məni səhv başa düşsünlər: mən qoca deyiləm. Sadəcə, işə məsuliyyətlə yanaşmaq və özümü qorumaq istəyirəm, çünki illər, bədənin yüklənməsi və məsafə sonda toplanır", – deyə Lillard bildirib.

O, uzun fasilədən sonra Aşil vətəri zədəsini sağaldıb və qarşıdakı mövsümə hazırlaşır. Bu, Lillardın karyerasında 14-cü mövsüm olacaq. "Portland Treyl Bleyzers" mövsümə 22 oktyabrda "Finiks Sans"a qarşı ev oyununda start verəcək.