"Barselona" və "Bayern Münhen" klubları İngiltərənin "Aston Villa" komandasının yarımmüdafiəçisi Yohan Manzambi ilə yaxından maraqlanırlar.
Offsideplus.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Münhen təmsilçisi Maykl Olisenin komandadakı gələcəyinin qeyri-müəyyən olması səbəbindən Manzambini yaxından izləyir. Kataloniya klubu "Barselona" isə gənc yarımmüdafiəçinin "Aston Villa"dakı parlaq startından təsirlənib və onu heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, isveçrəli futbolçu cari mövsümdə Birmingem təmsilçisinin heyətində bütün turnirlərdə 6 matçda meydana çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
2031-ci ilin yayına qədər müqaviləsi olan futbolçunun "Transfermarkt" portalına əsasən müəyyən olunan bazar dəyəri 65 milyon avro təşkil edir.


