AFFA İntizam Komitəsinin növbəti iclasında Misli Premyer Liqasının 8-ci turunun oyunları ilə bağlı qərarlar çıxarılıb.

Offsideplus.az xəbər verir ki, iclasda klublara tətbiq olunan əsas cəzalar və cərimələr aşağıdakı kimi olub:

"Qarabağ" – 5000 manat: Azarkeşlərin rəqib komandanın ünvanına kütləvi təhqiramiz ifadələr işlətməsinə görə.

"Neftçi" – 3700 manat: Azarkeşlərin pirotexnikadan istifadə etməsinə (3000 manat) və 5 futbolçunun sarı vərəqə almasına (700 manat)görə. Stadiona vurulan kiçik zərərə görə isə mətbuat katibi Asəf Zeynallıya xəbərdarlıq edilib.

"Şamaxı" – 2500 manat: Məşqçi Araz Bağırovun qırmızı vərəqə alaraq 1 oyunluq cəzalanmasına görə.

"Araz-Naxçıvan" – 500 manat: Futbolçu Ağadadaş Salyanskinin qırmızı vərəqə alaraq 1 oyun cəzalanmasına görə.

“Şamaxı” – “Şəfa” oyununun 85-ci dəqiqəsində “Şamaxı” komandasının məşqçisi Araz Bağırov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəza alıb, “Şamaxı” komandası 2500 manat cərimə edilib.

"Şəfa" və "Turan Tovuz" – hərəyə 700 manat: 4 futbolçularının sarı vərəqə almasına görə.