"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti məğlubiyyətini alıb.
Offsideplus.az xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubunun U-19 komandası ilə qarşılaşıb. "Əlincə" stadionunda keçirilən matç rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 82-ci dəqiqəsində Dortmund təmsilçisinin futbolçusu Castin Hoy penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Qeyd edək ki, "Sabah"ın U-19 komandası turnirin ilk turunda İngiltərədə "Mançester Yunayted"ə (0:5), II turda isə Bakıda Çexiyanın "Slaviya" (0:3) klubuna məğlub olmuşdu.


