FIBA Avropa Kubokunda mübarizə aparan "Gəncə"nin C qrupunun III turunda Bolqarıstanın "Rilski Sportist" klubuna qarşı keçirməli olduğu oyunla bağlı rəsmi bəyanat yayılıb.
Offsideplus.az xəbər verir ki, mətbuat xidmətinin yaydığı məlumatda oktyabrın 21-də Samokov şəhərində planlaşdırılan matçın səfər zamanı yaranan nəqliyyat problemləri səbəbindən baş tutmadığı bildirilib.
Lisenziya və təşkilati məsələlərlə bağlı yaranmış bu vəziyyət artıq FIBA Avropanın müvafiq qurumlarına təqdim olunub.
Məsələyə FIBA-nın İntizam Hakimi tərəfindən baxılacaq və matçın nəticəsi və ya yeni tarixi barədə yekun qərar yaxın vaxtlarda elan ediləcək.


