Kriştiano Ronaldu Portuqaliya millisindən icazəsiz ayrıldığı üçün cərimələnib.

Offsideplus.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası 41 yaşlı hücumçunu 30 gün müddətinə diskvalifikasiya edib və ona 255 avro məbləğində cərimə tətbiq edib.

Lakin Ronaldu bu müddət ərzində heç bir oyunu buraxmayacaq.

Forbes nəşrinin məlumatına görə, "Əl-Nəsr"də illik 210 milyon avro qazanan Ronaldu bu cərimə məbləğini cəmi 39 saniyəyə əldə edir.