"Sabah” bu gün Çempionlar Liqasında 3-cü oyununa çıxır. “Bayquşlar”ın rəqibi Almaniyanın “Borussiya” komandasıdır.  

Offsideplus.az oyunla bağlı Süni İntellekin fikrini öyrənib. Sİ-nin fikrinə görə “Sabah”ın uduzmamaq şansı 50 faizdən çoxdur. 25 faiz “Sabah” qələbə qazanacaq, 26 faiz isə heç-heçə olacaq. Sİ Almaniya təmsilçisinin qələbəsini 49 faiz olaraq dəyərləndirir.  

Qeyd edək ki qarşılaşma 20:45-də start götürəcək.