Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu yığmadan kənarlaşdırılması haqqında yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası (FPF) tərəfindən 30 gün müddətinə cəzalandırıldığı və 255 min avro cərimələndiyi iddia edilən ulduz futbolçu sosial şəbəkə hesabında "Əl-Nəsr"in məşqindən foto paylaşıb. 39 yaşlı hücumçu paylaşıma "Çox çalışıram" şərhini əlavə edib.
Qeyd edək ki, baş məşqçi Jorje Jezuş aralarında hər hansı münaqişənin olmadığını desə də, Ronaldu Millətlər Liqasının III turunda Danimarkaya qarşı matçdan (4:2) öncə millinin düşərgəsini tərk etmişdi.
2003-cü ildən Portuqaliya yığmasının formasını geyinən Kriştianu Ronaldu milli ilə Avropa çempionu (2016) və iki dəfə Millətlər Liqasının qalibi olub.


