“Eyni istəklə davam edəcəyik".

Offsideplus.az xəbər verir ki, bunu “Turan” voleybol klubunun prezidenti Həsən Zeynalov Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Xorvatiyanın “Mladost” komandası ilə qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında deyib.

Klub rəhbəri komandanın matça yaxşı hazırlaşdığını bildirib: “Sabah Tovuz və Azərbaycan voleybolu üçün böyük bayram olacaq. Hazırlığımız və həyəcanımız yüksək səviyyədədir. Oyuna qədər bir məşqimiz olacaq. İnanırıq ki, vəzifəmizin öhdəsindən gələcəyik. Transfer məsələləri ilə baş məşqçimiz Ziya Rəcəbov məşğul olub. Sadəcə, böyük klublar transferlər həyata keçirirlər. Biz isə daha çox azad agentlərə üstünlük veririk. Mən azarkeş kimi görülən işlərdən razıyam. Hədəfimiz qrup mərhələsi, daha sonra isə digər mərhələlərdir”.

Qeyd edək ki, “Turan” – “Mladost-Zaqreb” qarşılaşması oktyabrın 20-də saat 19:00-da başlayacaq.