“Sabah” Çempionlar Liqasının 3-cü turunda Dormunt “Borussiya”sını qəbul edəcək.

Offsideplus.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında Akim Zedadka iştirak edib:

“Sabahkı oyunun çətin keçəcəyini bilirik. Bu, Çempionlar Liqası matçıdır. Amma bildiyiniz kimi, biz bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Futbolumuzu oynamaq üçün Bakıya gəlmişik. Öz meydanımızda, azarkeşlərimizin önündə, ailələrimizin dəstəyi ilə oynayacağıq. Əlbəttə ki, əlimizdən gələnin ən yaxşısını etmək və ən yaxşı oyunumuzu göstərmək istəyirik”.