"Napoli"nin baş məşqçisi Massimiliano Alleqri UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turunda "Budyo-Qlimt"ə karşı keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis UEFA-nın rəsmi saytına açıqlamasında Norveç təmsilçisinin təhlükəli tərəflərinə diqqət çəkib:

"Budyo-Qlimt" Çempionlar Liqasında yaxşı təsir bağışlayır. Onlar müdafiədə kiçik blok yaradıb sürətli əks-hücumlara çıxmağı yaxşı bacarırlar. Sabah keyfiyyətli futbol nümayiş etdirməli, ötürmələr zamanı rəqibin gedişlərini öncədən oxumağa çalışmalıyıq. Yalnız bu şəkildə üç xalı qazana bilərik".

Neapoldakı "Diego Armando Maradona" stadionunda keçiriləcək "Napoli" – "Budyo-Qlimt" qarşılaşması oktyabrın 20-də, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, ümumi mərhələnin ilk iki turundan sonra xal qazana bilməyən Neapol təmsilçisi 32-ci sırada qərarlaşıb. Aktivində 3 xal olan Norveç klubu isə 24-cü pillədə yer alır.