"Spartak"ın yarımmüdafiəçisi Nail Umiyarov komandasının künc zərbələrindən vurduğu qollar barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, o, "Rubin" üzərində 4:1 hesablı qələbədən sonra bildirib ki, bu cür qolları artıq bir neçə oyundur vururlar: "Biz bu üsulu təkcə "Arsenal"dan götürməmişik. "Zenit"ə də belə qol vurmuşduq, Barco isə ötən mövsüm "CSKA"nın qapısına oxşar qol vurmuşdu. Hazırda bir çox komanda bu cür oynayır. Düşünmürəm ki, bu, kimisə təəccübləndirir".


