"Sabah"ın "Borussiya" ilə oktyabrın 20-də keçiriləcək oyunu öncəsi Azərbaycan və Almaniya klublarının avrokuboklardakı rəsmi oyunlar üzrə statistikası bəlli olub.

Offsideplus.az xəbər verir ki, təmsilçilərimiz Bundesliqa klubları ilə indiyədək ümumilikdə 15 dəfə üz-üzə gəliblər. İndiyədək yalnız "Qarabağ" və "Qəbələ"nin qüvvəsini sınadığı bu duellərdə aktivimizdə 1 qələbə və 2 heç-heçə var. 12 matçda isə meydanı almanlar qalib tərk ediblər.

Oyunların nəticələri isə belədir:

1. 2010/2011 mövsümü — UEFA Avropa Liqası (Pley-off mərhələsi)

"Borussiya Dortmund" – "Qarabağ" — 4:0   

"Qarabağ" – "Borussiya Dortmund" — 0:1   

2. 2013/2014 mövsümü — UEFA Avropa Liqası (Pley-off mərhələsi)   

"Qarabağ" – "Ayntraxt Frankfurt" — 0:2   

"Ayntraxt Frankfurt" – "Qarabağ" — 2:1   

3. 2015/2016 mövsümü — UEFA Avropa Liqası (Qrup mərhələsi)

"Qəbələ" – "Borussiya Dortmund" — 1:3   

"Borussiya Dortmund" – "Qəbələ" — 4:0   

4. 2016/2017 mövsümü — UEFA Avropa Liqası (Qrup mərhələsi)   

"Qəbələ" – "Maynz 05" — 2:3   

"Maynz 05" – "Qəbələ" — 2:0   

5. 2022/2023 mövsümü — UEFA Avropa Liqası (Qrup mərhələsi)   

"Frayburq" – "Qarabağ" — 2:1   

"Qarabağ" – "Frayburq" — 1:1   

6. 2023/2024 mövsümü — UEFA Avropa Liqası (Qrup mərhələsi)   

"Bayer Leverkuzen" – "Qarabağ" — 5:1   

"Qarabağ" – "Bayer Leverkuzen" — 0:1   

7. 2023/2024 mövsümü — UEFA Avropa Liqası (1/8 final mərhələsi)

"Qarabağ" – "Bayer Leverkuzen" — 2:2   

"Bayer Leverkuzen" – "Qarabağ" — 3:2   

8. 2025/2026 mövsümü — UEFA Çempionlar Liqası (Əsas mərhələ)

"Qarabağ" – "Ayntraxt Frankfurt" — 3:2.