NBA-nın ulduzları Bam Adebayo və Yannis Antetokunmpo "Mayami Hit"in arenasında keçirilən media günündə maraqlı dialoq aparıblar. Onlar arenanın tavanında əbədiləşdirilmiş nömrələri gördükdən sonra gələcəkdə öz formalarının da həmin sırada olacağı barədə zarafat ediblər.

Offsideplus.az xəbər verir ki, Bam Adebayo bildirib: "Mənim formam Haslemin formasının yanında asılacaq. Sənin forman isə mənimkinin yanında ola bilər". Yannis Antetokunmpo isə cavabında deyib: "Fikirlərini səsləndir ki, gerçəkləşsin. Ümid edirəm, mən də burada iz qoyacağam". Qeyd edək ki, hazırda "Mayami Hit"də Kris Boş (1), Dveyn Ueyd (3), Bill Rassell (6), Tim Harduey (10), Maykl Cordan (23), Şakil O’Nil (32), Alonzo Mourning (33) və Yudonis Haslemin (40) nömrələri əbədiləşdirilib.