Rusiyalı UFC döyüşçüsü Movsar Evloyev bildirib ki, qəfəsdə gözəl çıxış üçün mütləq rəqibi vaxtından əvvəl məğlub etmək vacib deyil. 

Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, əsas məqsəd azarkeşlərə maraqlı döyüş nümayiş etdirməkdir.

Evloyev UFC-də hələ heç bir vaxtından əvvəl qələbə qazanmasa da, titul uğrunda döyüşmək şansı əldə edib. "Mənim UFC-də heç bir vaxtından əvvəl qələbəm yoxdur, amma titul döyüşünə çıxıram. Bu da göstərir ki, təkcə finişlər önəmli deyil. Əsas odur ki, yaxşı döyüş göstərəsən. Hətta finiş olmasa belə, güləşin gözəlliyini nümayiş etdirmək mümkündür. Qan və çılğınlıq istəyən azarkeşlər olduğu kimi, MMA-nı anlayan və qiymətləndirən çoxlu azarkeş də var. Ola bilsin, məhz onların sayəsində hələ də UFC-də çıxış edirəm", – deyə Evloyev vurğulayıb.

Qeyd edək ki, 24 oktyabrda Movsar Evloyev UFC 333-də Aleks Volkanovskiyə qarşı yarımyüngül çəki üzrə titul döyüşünə çıxacaq.