Mərab Dvalişvili UFC-də keçirdiyi ikinci döyüşdə Pyotr Yan qarşısında məğlubiyyətinin səbəbini açıqlayıb. Gürcüstanlı idmançı bildirib ki, 2025-ci ildə kəməri dörd dəfə qorumağa çalışıb və bu, onun üçün böyük bir sınaq olub. Dvalişvili risk etməyi sevdiyini və belə insan olduğunu vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Dvalişvili Pyotr Yanın son döyüşdə çox güclü, soyuqqanlı və səbirli olduğunu qeyd edib. "O, məni gözləyirdi. Qarşılaşma gərgin keçdi, amma Yan məni yaxşı öyrənmişdi və döyüşə əla hazırlaşmışdı. Pyotr qayıtdı və bir çox dəyişiklik etdi. O, məni məğlub etdi və indi hesab 1:1-dir. Üçüncü döyüş ən vacibidir. İnanıram ki, onu məğlub edə bilərəm", – deyə Dvalişvili bildirib. Yan və Dvalişvili arasında üçüncü döyüş 24 oktyabrda UFC 333-də baş tutacaq.