"Red Bull"un sabiq rəhbəri Kristian Horner "Ferrari"yə keçəcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, britaniyalı mütəxəssis müsahibəsinin yanlış anlaşıldığını və "Ferrari"nin onun arzusu olması barədə heç vaxt açıqlama vermədiyini vurğulayıb:
"Müsahibə çox uğursuz bir vaxtda işıq üzü gördü. Biz müxtəlif komandalar, o cümlədən "Ferrari" haqqında danışırdıq. Mən sadəcə bu komandaya hörmətlə yanaşdığımı və onun avtosportda xüsusi yer tutduğunu izah etməyə çalışırdım. Lakin məqaləyə "Ferrari" mənim arzumdur" başlığı qoydular. Mən heç vaxt belə bir söz deməmişəm.
Əlbəttə, adınızın "Ferrari" ilə hallanması böyük şərəfdir, amma mən bu komandaya getməyə çalışmıram. Hazırda daha çox başqa variantlara diqqət yetirirəm".


