"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 700-cü səfər qolunu vurub.
Offsideplus.az xəbər verir ki, yubiley topu Misli Premyer Liqasının VIII turunda "Qarabağ"la matçda (3:3) komandanın ikinci qolunu vuran Qustavo Klismanın payına düşüb.
Səfərdəki 496-cı oyununda qol sayını 701-ə çatdıran "ağ-qaralar" bu göstəricidə yalnız "Qarabağ"dan geri qalır.
Qeyd edək ki, "Neftçi" səfərdə ilk qolunu 1992-ci il mayın 15-də Yevlax "Avtomobilçi"si ilə matçda (3:1) vurub.


