UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü tur oyunları üçün hakim təyinatlarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, PSJ ilə "Barselona" arasında keçiriləcək qarşılaşmanı ingiltərəli Maykl Oliver idarə edəcək.

Bu qarşılaşma oktyabrın 21-də, saat 23:00-d başlayacaq.

"Liverpul"un "Vilyarreal"a qarşı oyununda isə polşalı Şimon Marçinyak baş hakim olacaq. "Mançester Siti" ilə AEK arasında keçiriləcək matçda fransalı Villi Delajo ədaləti qoruyacaq.