"Yuventus"un müdafiəçisi Bremer A Seriyasının 7-ci turunda "Latsio"ya 0:3 hesabı ilə uduzduqları oyunu dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, futbolçu qarşılaşmadan sonra komandanın hazırkı vəziyyəti barədə fikirlərini bölüşüb: "Pis oyun keçirdik. Əhvalımız, təbii ki, aşağıdır. Dərhal növbəti oyuna köklənməli və buraxdığımız səhvləri təhlil etməliyik. Niyə məğlub olduq? Birinci qolu buraxana qədər yaxşı oynayırdıq. Komandada bir çox yeni və gənc futbolçu var — indiki "Yuventus" bir neçə il əvvəlki komanda ilə fərqlənir, amma bununla yaşamalıyıq. Heç kimi günahlandırmıram, sadəcə hərənin öz xarakteri var. Ola bilsin, çətin anlarda hər kəs fərqli reaksiya verir. Meydanda 11 nəfərik, üstəlik əvəzetmədən daxil olan beş oyunçu da var. Mən hamı üçün cavabdeh deyiləm. Əlimdən gələn qədər kömək etməyə, komanda yoldaşlarımla danışmağa çalışıram, amma hərənin öz xarakteri var".


