Baş məşqçi Maykl Kerrik "Mançester Yunayted"in Premyer Liqanın 7-ci turunda "Lids"lə 1:1 hesablı heç-heçəsindən sonra komandasının düzgün istiqamətdə irəlilədiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Kerrik bu nəticənin onların zəif tərəflərini üzə çıxardığını qeyd edib:
"Bu, şübhəsiz ki, düzgün istiqamətdə bir addım idi. Əgər hansısa zəif cəhətimiz varsa, hamısı bu gün göründü. Oyun öncəsi bütün futbolçuların hazır olduğunu düşünürdüm. Qarşılaşma ideal deyildi. Özümüzə həddindən artıq inamımız yox idi, amma oyunçular hər şeyi düzgün etməyə çalışırdılar. Bəzi anlarda həqiqətən yaxşı təsir bağışladıq. Bütün komanda ilə müdafiə olunduq. Danielə və onun kollektivinə təşəkkür edirəm. Onlar çox yaxşıdırlar. Sizi sınağa çəkirlər, çoxlu suallar yaradırlar. Əgər hazır deyilsinizsə, bu dərhal görünür və düşünürdüm ki, oyunçular bunun öhdəsindən gələcəklər".


