"Yuventus"un baş məşqçisi Luçano Spalletti İtaliya A Seriyasının 7-ci turunda "Latsio"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, mütəxəssis komandasının zəif çıxışından və futbolçuların münasibətindən narazı qaldığını bildirib:
"Meydanda heç bir ideyamız yox idi. Viqo səfərindən sonra sanki heç nə göstərə bilmirik. Oyun zamanı sxemi dəyişməyə çalışsam da, qərarlarımızda və hərəkətlərimizdə çox ləng idik. İkili mübarizələrdə zəif təsir bağışladıq. Futbolçuların davranışında bir çox məqamlar xoşuma gəlmədi".
Təcrübəli mütəxəssis komandadakı problemlərin dərin təhlil olunacağını vurğulayıb:
"Gələcəyimiz uğurdan yox, işləmək istəyimizdən asılıdır. Heyətdə sonadək mübarizə aparan gənclər də var, ilk toqquşmadan sonra yerə yıxılanlar da. Nələrisə dəyişmək vacibdir. Bu gün göstərdiyimiz oyundan təəccübləndim, hər şeyi ciddi şəkildə analiz etməliyəm. Futbolçularla ünsiyyət qurmağı həmişə sevmişəm, amma görünür, bu yanaşmanı da yenidən gözlərdən keçirməli olacağam".


