İtaliya A Seriyasında 7-ci tur bu gün start götürəcək.

Offsideplus.az xəbər verir ki, açılış oyununda "Frozinone" "Sassuolo"nu qəbul edəcək.

Sabah "İnter" "Bolonya" ilə, "Roma" isə "Cenoa" ilə qarşılaşacaq.

Bazar günü isə "Milan" "Atalanta" ilə, "Yuventus" isə "Latsio" ilə üz-üzə gələcək.

Çempionata 16 xalla "İnter" və "Latsio" başçılıq edir.

Turun tam təqvimi belədir:

16 oktyabr

22:45 "Frozinone" – "Sassuolo"

17 oktyabr

17:00 "Venesiya" – "Napoli"

20:00 "Bolonya" – "İnter"

22:45 "Roma" – "Cenoa"

18 oktyabr

14:30 "Udineze" – "Lecçe"

17:00 "Fiorentina" – "Komo"

20:00 "Milan" – "Atalanta"

22:45 "Yuventus" – "Latsio"

19 oktyabr

20:30 "Monsa" – "Kalyari"

22:45 "Parma" – "Torino"